Turizm polisi Bakıda fəaliyyət göstərəcək

Turizm polisi Bakıda fəaliyyət göstərəcək
  29 Noyabr 2019    Oxunub:4317
"Azərbaycanda turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək"
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, turizm polisinin yaradılması Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur: "Turizm polisi böyük bir layihənin tərkib hissəsidir. Bu, əslində turistlərə dəstək olan bir neçə dövlət qurumu tərəfindən vahid xidmətin göstərilməsidir. Məqsəd odur ki, turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsi asanlaşsın, onlara xidmət vahid bir mərkəzdən həyata keçirilsin".

K.Quluzadə əlavə edib ki, artıq turizm polisinin yaradılması ilə bağlı müəyyən razılıqlar əldə olunub: "Razılıq ondan ibarətdir ki, turizm polisinin geyimi necə olacaq, hansı ərazilərdə fəaliyyət göstərəcək, hansı treninqlərdən keçiriləcəklər. Əlbəttə, turizm polisləri xüsusi treninqlərdən keçmiş şəxslər olacaqlar. Turizm polisi bir neçə dil bilən şəxslər olmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Agentlik  





Xəbər lenti