Qızı ilə birlikdə “Qocalar evi”ndə yaşayan 93 yaşlı kişi - VİDEO

  06 Noyabr 2019    Oxunub : 10949
 Qızı ilə birlikdə “Qocalar evi”ndə yaşayan 93 yaşlı kişi - VİDEO
Ənvər Əfəndiyev Bilgəhdə yerləşən Sosial Xidmət müəssisəsinin sakinidir. 93 yaşlı kişi "Qocalar evi"ndə yeganə övladı olan qızı ilə birlikdə yaşayır. Əslən Qusar rayonundandır. Həyat yoldaşı 10 il əvvəl dünyasını dəyişib.
Cavanlıqda dəmiryol işçisi, daha sonra hərbçi olan həmsöhbətimiz kapitan rütbəsi aldıqdan sonra ehtiyata buraxılıb. Onun "Qocalar evi"nə sığınmasının səbəbi ev problemi olub. Dediyinə görə, böyük qardaşı onun yaşadığı mənzili satdığından uzun müddət kirayələrdə qalıb. Sonda Sosial Xidmət müəssisəsinə yerləşməyə qərar verib.



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Qocalar-Evi   Sakin   Kişi   Müsahibə