Müdafiə naziri NATO-nun toplantısında iştirak edib - FOTO
25 Oktyabr 2019
Oxunub:1813
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.