Yeni kəşf: Hamiləliyə qarşı kişi həbləri

Yeni kəşf: Hamiləliyə qarşı kişi həbləri
  11 Dekabr 2013    Oxunub:1711
İndi qadınların hamilə qalmaması üçün kişilərin dərman içməsi yetərli olacaq. Belə ki, artıq kişilər üçün nəzərdə tutulan kontreseptiv (doğumu önləyən) həblər satışa çıxarılıb.
Əvvəllər də güclü cins üçün doğumu önləyən həblər yaratmaq üçün cəhdlər olsa da, o zaman kişilər həblərin qəbulu nəticəsində süstlükdən və libidonun azalmasından şikayətlənirdilər. Yaxınlarda Avstraliya alimləri öz əvvəlki nümunələrindən fərqlənən kontraseptiv yarada biliblər. Kontraseptivin yaradıcılarından Sabatino Ventura bildirir ki, həblərin fəaliyyət mexanizmi eyakulyasiya prosesində iştirak edən iki zülalın blokalanmasına əsaslanır.

“Yeni metodika müvəqqəti vazektomiya prinsipi ilə çalışır. Bu həblərdən istifadə nə hormonal fona, nə də spermatozoidlərin aktivliyinə təsir göstərir. Bu isə öz növbəsində insanı yan təsirlərdən xilas edir. Bizim üsul həqiqətən də bu problemləri həll etməyə imkan verəcək. Bu kontraseptivin əsas üstünkülərindən biri kişilərin seksual meyllərinə və ailə planlaşdırmasına təsir göstərməməsidir. Yəni, əgər siz nəsil artırmaq istəyirsinizsə, onda sadəcə həblərin qəbulunu saxlayın” – deyə doktor Ventura izah edib.

Dərman barədə məlumat verilərkən onun siçanlar üzərində sınaqdan keçirildiyi göstərilir. Nəticədə, gəmiricilərin hamısı sonsuz olub. Lakin onların orqanizmindəki sperma zədələnməyib. Siçanlara həblərin verilməsi dayandırıldıqdan sonra onların sağlam balaları doğulub.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:





Xəbər lenti