Bakıda çoxmərtəbəli binada yanğın olub - Yenilənib

Bakıda çoxmərtəbəli binada yanğın olub -  Yenilənib
  03 Oktyabr 2019    Oxunub:4217
Bakıda hündürmətəbəli binada baş verən yanğın söndürülüb.
FHN-dən Azvision.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Azvision.az -a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti