Qarayara partiyası və onun tibbi çarəsi - Mehman Muradlının yazısı

   Qarayara partiyası və onun tibbi çarəsi -    Mehman Muradlının yazısı
  03 Oktyabr 2019    Oxunub:15017
Son dövrlər qeyri-rəsmi qrup olan və bir-birinə qarşı emosional-psixoloji münasibətləri zəminində xaotik formada yaranmış AXCP adlı kütlədə baş verən olaylar deməyə əsas verir ki, bu qrup cəmiyyətin qarayarasıdır. Qarayaranın başı isə Əli Kərimlidir.
İndi sizi qarayara xəstəliyi ilə tanış edim və fəsadların nəyə gətirib çıxardacağını özünüz görün.

Qarayara - kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.

Qarayara müalicəsi olmayan xəstəlikdir. Bu xəstəliyə qarşı peyvənd əldə edilsə də, istifadəsi qadağan edilmişdir. Qarayaralı xəstələri izolə edərək, onlar üçün xüsusi qab-qacaq, qulluq əşyaları, paltar ayırırlar. Palatalar dezinfeksiya olunur. Xəstənin qab-qacağı uzun müddət qaynadılır və sarğı materialları yandırılır.

Bu xəstəliyin fəsadları barədə çox danışmayaq. Sadəcə, qısa arayış verim ki, qarayaranın septik forması yüksək virulentli törədici mikrobların çoxalması ilə, tənəffüs yollarının selikli qişasından keçən massiv infeksiyalaşma zamanı inkişaf edir. Proses qabaqcadan dəri üzərində ocaqlı dəyişikliklər olmadan da tez yayılır. Bədəndə çoxlu hemorragiyalar meydana çıxır, meningial sindrom aşkar edilir.

Xəstəliyin birinci, az hallarda isə ikinci günü infeksion-toksik şokdan ölüm hadisəsi baş verir. Qarayara sepsisi çox vaxt ağciyərin və bağırsağın zədələnməsilə müşayiət edilir. Qarayaranın septiki formasının müxtəlif ağciyər vatiantları nəzərəçarpan intoksikasiya təzahürlərilə son dərəcə ağır keçir. Hərarət 39-40 °C-dək yüksəlir. Şiddətli öskürək, sinədə sıxıntı, köpüklü qanlı bəlğəm ifrazatı meydana çıxır.

Ağciyərlərin şiddətli ödəmi və hemorragik eksudatlı plevrit təzahürlərilə keçən pnevmoniya müəyyən edilir. İfraz olunan bəlğəm moruq jelesi şəklində püxtələşir və içərisində qarayara çöpləri olur. 2-3-cü sutkada xəstələr infeksion-toksik şokdan ölürlər.

Qarayaranın septik formasının bagırsaq variantı qəflətən başlayır. Qarında kəskin iti ağrılar meydana çıxır, ona ürəkbulanması, ödlə qarışmış qanlı qusma, qanlı ishal qoşulur. Bağırsağın zədələnməsi bəzən onun perforasiyası – deşilməsi nəticəsində inkişaf edən peritonitə səbəb olur. Bu zaman bədən hərarəti 39-40 °C-dək yüksəlir, həyəcanlanma və eyforiya, sayıqlama, qıcolmalar, meningeal sindrom olur. Dəri üzərində ikincili səpmə meydana çıxır, diffuzstianozlar inkişaf edir. Nəbz tezləşmiş və sapvari olur, arterial təzyiq düşür. Xəstəlik 1-4 gün davam edir və ürək çatışmazlığından ölümlə nəticələnir.

Yuxarıda qeyd etdiyim kimi, bu xəstəliyin daşıyıcıları izolə olunmalıdı. Biz isə özümüz-özümüzü izolə edə bilmərik. Qarayaranı kəsib atmalıyıq ki, cəmiyyətimiz təmizlənsin.

Mehman Muradlı
Azvision.az üçün



Teqlər: AXCP  





Xəbər lenti