Netanyahu pula görə Mandelanın dəfninə getmədi

Netanyahu pula görə Mandelanın dəfninə getmədi
  09 Dekabr 2013    Oxunub:1177
Netanyahu səfər xərcinin çox olması səbəbindən Cənubi Afrika Respublikasına getməyəcək.
AzVision.az İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahu Nelson Mandelanın yas mərasimində iştirak etmək üçün CAR-a gedə bilməyəcək.
İsrail jurnalistlərinin məlumatına görə, CAR-a gedəcək İsrail nümayəndə heyətinin nəqliyyat, təhlükəsizliyinin təminatı ilə bağlı xərcləri 2 milyon dollardan (7 milyon şekel)artıq olacaqdı.

Səfərin bahalılığını nəzərə alan Benyamin Netanyahu anım tədbirlərinə getmək planlarını ləğv edib. Ölkənin prezidenti Şimon Peresin isə CAR-a gedib-getməyəcəyi hələ ki, müəyyən deyil. Yəhudi dövlətinin hər iki lideri Nelson Mnadelanın ölümü ilə bağlı baş sağlığı veriblər.

Xatıarladaq ki, sağlığında Mandela İsraili bir neçə dəfə “sionist rejimi” adlandırmışdı. Bununla paralel o, Fələstin Azadlıq Təşkilatı ilə isti münasibətlərdə olub. Yasir Ərəfat və Fidel Kastronu öz dostları adlandıran Mandelanın ölümü ilə bağlı Fələstin Muxtariyyətinin ərazisində də anım mərasimləri keçirilib.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti