Ukrayna müxalifəti blokadanı genişləndirir

Ukrayna müxalifəti blokadanı genişləndirir
  09 Dekabr 2013    Oxunub:1226
Ukrayna Baş Prokurorluğunun binası mühasirəyə alınıb.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, noyabrın 21-dən Ukraynada baş qaldıran etiraz aksiyaları genişlənməkdə davam edir.
Ukrayna Prokurorluğu mətbuata açıqlamasında etirazçıların Prokurorluq binasını mühasirəyə almağa cəhd göstərdiyini bildirib. Açıqlamada binadakı Prokurorluq əməkdaşlara qarşı təhqiramiz ifadələrin istifadə olunduğu və təxribat cəhdlərinin qeydə alındığı göstərilir.

Ukrayna prokurorluğu binanın blokadaya alınması cəhdinin mövcud qanunvericiliyə uyğun olmadığını və hüquq-məhkəmə sisteminə təzyiq kimi dəyərləndirilməli olduğunu vurğulayıb. Hazırda Kiyevin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb.
Həmkarlar İttifaqlarının və Kiyev müeriyasının binasını ələ keçirən Avropa Birliyi tərəfdarları ötən gün Hökümət evinə aparan küçəni də blokadaya alıb və yaxınlıqdaklı tikinti materiallarının köməyi ilə barrikadalar qurub.

Xatırladaq ki, Ukrayana Baş Prokurorluğunun yerləşdiyi Reznistski küçəsində məhkəmənin qərarı ilə mitinq keçimək qadağan olunsa da yüzlərlə etirazçı hələ də binanın ətrafında toplaşıb.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti