Saakaşvili Ukraynadan Moldovaya keçib

Saakaşvili Ukraynadan Moldovaya keçib
  09 Dekabr 2013    Oxunub:1276
Eks-prezident Moldova baş naziri ilə görüşüb.
AzVision.az Mixail Saakaşvilinin Facebook sosila şəbəkəsindəki rəsmi səhifəsinə istinadən xəbər verir ki, sabiq Gürcüstan prezidenti Ukraynadakı etirazlara dəstək verdikdən sonra Moldovaya səfər edib.
“Ukraynadan Mixail Saakaşvili Moldovoya gəlib. Burda hazırki və sabiq baş nazirlərlə görüşən Saakaşvili Moldovodakı vəziyyəti müzakirə edib” – deyə rəsmi səhifədə yerləşdirilən xəbərdə deyilir.
Xatırladaq ki, bundan öncə Avropa parlamentinin deputatları ilə birlikdə Kiyevi ziyarət edən Gürcüstan eks-prezidenti Ukrayan müxalifətinin liderləri ilə görüşməklə yanaşı Müstəqillik meydanında Moldovanın keçmiş baş naziri Vlad Filatla da danışıqlar aparıb.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti