Şimon Peres iranlı həmkarı ilə görüşməyə hazırdı
“Mən Ruhani ilə görüşməyə hazıram. Mənim düşmənlərim yoxdu və biz İranı düşmən ölkə kimi qəbul etmirik” – deyə Peres jurnalistlərə açıqlamasında söyləyib. Nümunə kimi isə Fələstin administrasiyasının sabiq rəhbəri, mərhum Yasir Ərəfatı göstərib.
İranın Nüvə proqramına da toxunan təcrübəli siyasətçi məsələnin diplomatik həllinə üstünlük verdiklərini bir daha bəyan edib.
“İranın Nüvə proqramı məsələsi ilə bağlı heç şübhəsiz ki, biz diplomatik həllə üstünlük veririk. Lakin sözlərə güc vermək üçün bütün varinatlar stolun üstündədir. Biz atəş açmazdan öncə iqtisadi və siyasi təzyiqlərə üstünlük veririk” - deyə Peres sonda əlavə edib.
Vüqar İsmayılov