Putin “Ria-Novosti”ni ləğv etdi
Yeni yaradılan agentliyin rəhbəri ölkə başçısı tərəfindən təyin olunur və yalnız onun tərəfindən vəzifədən kənarlaşdırıla bilər. Qanun imzalandığı gündən qüvvəyə minir. Yeni orqanın əsas əsas vəzifəri Rusiya Federasiyasının yeritdiyi siyasətin və ictimai həyarın xaricdə işıqlandırılması olacaq.
Eyni fərmanla “Rodina” jurnalı “Rossiyaskaya qazeta” qəzetinin tərkibinə daxil olacaq. “Rossiya Seqodnya” agentliyi həm də ləğv edilən “Rusiyanın Səsi” radiokompaniyasının da əmlakına sahib çıxacaq.
Xatırladaq ki, RİA Novosti mediaholdinqinin dünyanın 49 ölkəsində, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərib.