Prezident icra başçısını ordenlə təltif etdi

 Prezident icra başçısını ordenlə təltif etdi
  21 Sentyabr 2019    Oxunub:2361
Prezident İlham Əliyev Musa Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti