Ketrin Eşton Kiyevə gedir

Ketrin Eşton Kiyevə gedir
  09 Dekabr 2013    Oxunub:1136
Barrozu və Yanukoviç arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton gələn həftə Kiyevə gələcək. Bu barədə Avropa Komissiyasının saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, dekabrın 8-də Avropa Komissiyasının prezidenti Barrozu ilə Ukrayna prezidenti Yanukoviç arasında telefon danışığı olub. Danışıq zamanı Ketrin Eştonun Kiyevə səfəri razılaşdırılıb.

Eştonun səfərində məqsəd Ukraynada yaranmış siyasi böhrandan çıxış yollarının axtarılmasıdır.


Teqlər:





Xəbər lenti