Rusiya Hərbi Hava Qüvvələri üçün nəhəng layihə
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Müdafiə naziri Sergey Şoyqu, təyyarələrin gözəl olduğunu, hətta hazır olmayan sahələrə də eniş edə bildiyini deyib.
O, gün keçdikcə, ordunun daha modern silahlara ehtiyacının yarandığını və artıq 4-cü və 5-ci nəsil silahların istifadəsi ilə bağlı təlimlərin başladığını söyləyib. Şoyqu, orduda ixtisaslı işçilərə də ehtiyacın yarandığını və bununla da bağlı təlimlərin başladığını vurğulayıb.
Nazir əlavə edib ki, Rusiya hərbi hava qüvvələrinin 2020-ci ilə qədər müasirləşməsi nəzərdə tutulub: "Bu müddət ərzində hərbi hava qüvvələrinə 600 döyüş təyyarəsi 1000 hərbi helikopterin alınması nəzərdə turulub. 2013-cü ildə orduya 13 ədəd "YAK-130" döyüş təyyarəsi gətirilib. Hazırda Borisoqlebsk təhsil bazasında 42 ədə döyüş təyyarəsi var. 2015-ci ilə qədər daha 22 ədəd yeni "YAK-130" döyüş təyyarəsi təhvil veriləcək".
Müdafiə naziri onu da söyləyib ki, 2020-ci ilə qədər Rusiya ordusunun modernləşdirilməsi üçün 600 milyard dollar dolların xərclənməsi planlaşdırılıb.
Teqlər: