Mandelanın dəfn mərasiminə ABŞ-dan 3 prezident gələcək

Mandelanın dəfn mərasiminə ABŞ-dan 3 prezident gələcək
  08 Dekabr 2013    Oxunub:1284
Bill Klinton: "Mandela ilə vidalaşmaq üçün bizim ailəmiz orda olacaq".
Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandelanın dəfn mərasiminə ABŞ-dan 3 prezidentin - hazırkı prezident Barak Obamanın və eks prezidentlərdən Corc Buşun (oğul), Bill Klintonun gələcəyi məlum olub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Corc Buş prezident Barak Obamanın təyyarəsilə gələcək. Bill Klinton isə CNN telekanalına verdiyi müsahibəsində “Mandela ilə vidalaşmaq üçün bizim ailəmiz orda olacaq” sözlərini deyib.

Xatırladaq ki, 10 gün davam edəcək dəfn mərasiminin sonuncu günü – dekabrın 15-də Nelson Mandela doğulduğu kənddə torpağa tapşırılacaq.


Teqlər:





Xəbər lenti