ABŞ müdafiə naziri Əfqanıstana getdi

ABŞ müdafiə naziri Əfqanıstana getdi
  08 Dekabr 2013    Oxunub:1325
AzVision.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Çak Heygel bu gün Əfqanıstana çatıb. O, Yaxın Şərq liderlərini ABŞ-ın regiondakı öhdəliklərinə sadiq qaldığına əmin edəndən sonra Əfqanıstan paytaxtı Kabilə gedib. İranla nüvə proqramına dair son danışıqlar regionun bəzi ölkələrinin narahatlığına səbəb olub.

Bəhreyndə regional təhlükəsizlik forumunda danışan Çak Heygel deyib ki, İranla nüvə sazişi əldə olunsa, ABŞ-ın regiondakı öhdəliklərinə əməl etməsində axsamalar yaşayacağına dair şübhələr qəbul edilməzdir.

Cənab Heygel Manama Dialoqunun təfərrüatına vararaq ABŞ-ın regionda hərbi mövcudiyyətinin güclənəcəyini bildirib.
amerikaninsesi.org


Teqlər:





Xəbər lenti