Moskva Ukraynanın Gİ-yə qoşulmasını təkzib etdi -VİDEO

Moskva Ukraynanın Gİ-yə qoşulmasını təkzib etdi -VİDEO
  07 Dekabr 2013    Oxunub:1365
Rəsmi Moskva Ukrayna prezidenti Viktor Yanukoviçin Gömrük İttifaqına qoşulmasına dair sənəd imzalaması barədə yayılan xəbərləri təkzib edir.

AzVision.az Rusiya mətbuatına istinadən istinadən xəbər verir ki, verdiyi məlumata görə, RF prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Viktor Yanukoviç arasında Soçidə keçirilən görüşdə Ukraynanın Gömrük İttifaqına qoşulması məsələsi müzakirə edilməyib. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, bu görüşdə dövlət başçıları dekabrın 17-də Moskvada keçirilməsi nəzərdə tutulan ikitərəfli komissiyanın gündəliyi, o cümlədən enerji, maliyyə-kredit və digər məsələləri müzakirə ediblər.




Teqlər:  





Xəbər lenti