“Ermənistan Azərbaycana hörmət etməlidir”
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu türk mətbuatına açıqlamasında deyib.
Nazir Ermənistan və Azərbaycan münasibətləri də toxunaraq sülhün əldə olunmasının yalnış bir çarəsinin olduğunu deyib.
“Yenə yaxın ölkələr olaraq ən yaxşı münasibətlər qursaqda, türklər və ermənilər tarixi məsələlərlə bağlı azad şəkildə “bunlar müzakirə oluna bilməz” demədən, ürəklərini açarlarsa, o zaman sülh olar”.
Ə.Davudoğlu qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməyə məcburdur.
Nazir Ermənistanın bölgədəki təmaslardan kənarda qalmasını istəmədiklərini də diqqətə çatdırıb.
“Biz belə bir vəziyyətin olmasını istəmirik. Ermənistan əgər bu cür vəziyyətin olmasını istəmirsə, o zaman Azərbaycanın ərazi bütünlüyünə hörmət göstərmək məcburiyyətindədir”-deyə nazir vurğulayıb.
Sevinc İltifatqızı