Avropada "Ksavyer " fırtınası, 9 ölü - VİDEO

Avropada "Ksavyer " fırtınası, 9 ölü - VİDEO
  07 Dekabr 2013    Oxunub:1032
Güclü qış fırtınası "Ksavyer " nəticəsində ölən və itkin düşənlərin sayı 9-a yüksəlib.
AzVision.az “euronews”a istinadən xəbər verir ki, saatda 110 - 125 km sürətlə əsən güclü külək Baltik sahilində çoxsaylı elektrik xətlərini qıraraq 400 min evi işıqsız qoyub. Xilasetmə qrupları 1000-dən çox xilasetmə əməliyyatı yerinə yetirib.

Almaniyada 4000 adam elektriksiz qalıb. Burda məktəblər bağlanıb və Hamburg hava limanında təxminən 70 reys ləğv edilib. Hamburq və Berlin arasında yüksək sürətli qatarların hərəkət dayandırılıb , sərnişinləri avtobus daşıyır. Hamburgda suyun səviyyəsi sezon normasını aşaraq 6 metri üstələyib. Bu bir neçə onilliyin rekordun təzələyib.




Teqlər:  





Xəbər lenti