Ekspertlər İran reaktorunu yoxlayacaq

Ekspertlər İran reaktorunu yoxlayacaq
  07 Dekabr 2013    Oxunub:1053
İran beynəlxalq ekspertləri dekabrın 8-də Əraq şəhərindəki ağır su reakatorunu yoxlamağa dəvət edib. AzVision.az xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Atom Energetikası Agentliyi məlumat verib.

"Bəli, yoxlama olacaq. İran dekabrın 8-ə dəvət edib və biz dəvəti qəbul etdik", - deyə Beynəlxalq Atom Energetikası Agentliyinin mətbuat kitibi Cil Tüdor bildirib.

Beynəlxalq Atom Energetikası Agentliyinin baş direktoru Yukiya Amano da noyabrın 28-də agentliyinin Direktorlar Şurasının iclasında bildirmişdi ki, İrandan dekabrın 8-də Əraqa səfərlə bağlı dəvətnamə gəlib. Daha öncə bu obyekt Beynəlxalq Atom Energetikası Agentliyi tərəfindən problemli sayılmışdı.


Teqlər:  





Xəbər lenti