“Tokyo Skytree” 10 milyonuncu ziyarətçini qəbul etdi
Hündürlüyü 634 metr olan bu teleqüllə ötən ilin mayında öz qapılarını ziyarətçilərin üzünə açmışdır və hazırda Tokionun ən görməli yerlərindən biri sayılır.
Qüllənin 350 metrliyində yerləşən baxış meydançasında təşkil edilmiş mərasimdə Yaponiyanın mərkəzindəki Qifu prefekturasından olan ailəyə gül dəstəsi və hədiyyələr təqdim edilmişdir.
Teleqüllənin operatoru olan şirkətin prezidenti Masaaki İto bildirmişdir ki, “Tokyo Skytree” qazandığı uğura görə, məhz ziyarətçilərə borcludur.
Teqlər: