Obama Mandeladan danışdı - VİDEO
Cənubi Afrika Respublikasının sabiq prezidenti, əfsanəvi lider Nelson Mandelanın dəfn olunacağı tarix dəqiqləşib. AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, CAR prezidenti Ceykob Zuma N. Mandelanın dekabrın 15-də doğulduğu Kunu kəndində dəfn ediləcəyini açıqlayıb.
Dəfn gününə qədər ölkədə milli matəm elan olunub. Dekabrın 11-dən 13-nə qədər paytaxt Pretoriyada, hökumət binasında vida mərasimi keçiriləcək. Dəfnlə bağlı təşkil olunacaq rəsmi mərasimdən sonra cənazə Kunu kəndinə göndəriləcək.
Xatırladaq ki, N. Mandela dekabrın 5-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.