Erməniyə 100 il cəza

Erməniyə 100 il cəza
  06 Dekabr 2013    Oxunub:1109
ABŞ-da "Erməni gücü" dəstəsinin üzvünü 100 il həbs cəzası gözləyir.
AzVision.az xəbər verir ki, ABŞ-da "Erməni gücü" cinayətkar qruplaşmasının iştirakçılarından biri Karo Yerkanyanın vəkili Kaliforniya federal məhkəməsindən müdafiə etdiyi şəxs üçün 8 il həbs cəzası istəyib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, K.Yerkanyan 100 il həbs cəzasına məhkum edilə bilər.

ABŞ hüquq-mühafizə orqanlarının məlumatına görə, "Erməni gücü" qruplaşması 1980-ci illərdə Los-Ancelesdə yaradılıb. Qruplaşmaya əsasən Ermənistandan və keçmiş SSRİ-nin başqa respublikalarından gəlmə ermənilər daxil edilirdi. Təxmini hesablamalara görə, dəstə çoxsaylı köməkçilər nəzərə alınmadan 250 iştirakçıdan ibarət idi.


Teqlər:





Xəbər lenti