Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin gəlişi münasibətilə haqqında söhbət açacağımız yerlərə tələm-tələsik asfalt çəkdilər, hər tərəfi süni ot örtüyü ilə bəzədilər. Təkcə Putinin gəlişinə xeyli pul xərclədi Sarkisyan hökuməti.
Öz ölkəsində “özünə umac ova bilməyən” Ermənistanın Xarici İşlər Nazirliyi bu il oktyabrın 21-22-də “Avropada ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyə qarşı mübarizə”yə həsr olunmuş tədbir keçirdi və üstəlik bu tədbirə 17 milyon dram xərclədilər. Nədi-nədi bu il Avropa Şurasına Ermənistan sədrlik edib.Öz torpağına isə yeyə çıxa bilmir. (Kim bilir, bəlkə onunki deyil ona görə...)
Əslində diskriminasiya, ksenofobiya və ayrıseçkiliyin məskəni elə Ermənistan özüdür. Bunu biz demirik, özləri deyir; AzVision.az Ermənistanda ayrıseçkiliyin nə olduğunu göstərən bu fotoları erməni saytından əldə edib.
Bura bir zamanlar qərbi azərbaycanlıların şad-xürrəm yaşadığı Gümrüdür; Politexnik İnstitutunun, Tort fontanın ətrafı və s.
İndi burada yaşayanların üzlərinə baxın, kədər ehtiyac, məzlumluq yağır üzlərdən.
1988-ci ildə məşhur “spitak” zəlzələsi cənnətə bənzər əzəli Azərbaycan torpağını cəhhənnəmə çevirdi. Amma ermənilərin cəhənnəminə. O cəhənnəmə ki, hələ də qurtula bilməyiblər əzablarından.
“Buralar, Şirak Ermənistanın ən kasıb əyalətlətindən biridir. Gümrüdə insanlar sanki cəhənnəm əzabında qovurulurlar”-deyə Savoyan sakini bir erməni bildirir.
Zir-zibil iyi yüzlərlə metr aralı məsafədən hiss olunur. Ətraf bombozdur, insanlar adama dəli kimi baxırlar, elə bil hələ də 25 il əvvəlki evlərini axtarırlar, ancaq bilmirlər ki bu xarabalıq elə onların öz evləridir. Dörddə bir əsirlik bir müddətdə qurulmuşı “domiklər” və ya “gecəqondular” da, içində yaşayan sahibləri kimi məhv olub.
Köhnə gül köşkündə məskunlaşmış Arevin dünyası da qaraya boyanıb. 24 yaşı olmasına baxmayaraq tez qocalıb:“ Yaşadığım ev əvvəllər gül mağazası olub. Divarları dəmir, şüşə parçaları, kartondan ibarətdir... itimiz, pişiyimiz də bizimlə birgə yaşayır.
Onlar uşaqlarımın burnunu,qulağını siçovullar yeməsin deyə bizə xeyir verirlər. Zibilliklərdən metal toplayıb kilosunu 20 drama satıram. Qazandığım pulun 3 min dramını ($8.5) yol maşınlarına verirəm, min dram($2.5) qalır. Ona da necə yaşayım bilmirəm. Mən zəlzələdən bir il sonra doğulmuşam nənəm deyərdi ki, bu gül dükanı əvvəllər bir azərbaycanlının olub. Həyətində becərdiyi gülləri satarmış. Ara qarışanda köçüb gediblər. İndi yəqin yaxşı yaşayar orada. Bura isə cəhənnəmdir. İki uşağımla zülm çəkirəm. Onlar da mənim güllərimdir. Gedəcək başqa yerimiz yoxdur. Dövlətimiz bizə sahib çıxsa dərdimiz olmazdı. Artıq ümidimizi üzmüşük”- erməni qadın gileylənir.
Onun qonşuluğunda yaşayan 76 yaşlı Çiçək də eynilə hökumətdən gileylənir. Azərbaycanlılarla birgə yaşadıqları günləri yada salır: “Əvvəllər yaxşı ev-eşiyimiz vardı. Yaxşı yaşayardıq. İndi isə bu kafedə yarı ac, yarı tox ömrümün sonunu gözləyirəm. Adıma görə hərdən məni azərbaycanlı deyə daşa basırlar. Amma mən erməniyəm adımı ovaxtlar bir azərbaycanlı qonşumuz qoyub. Ümidimiz yalnız Allahadır. Yoxsa, bu dövlətin bir başlı başçısı yoxdur. Bəli açıq deyirəm, heç kimdən qorxmuram onsuz da ömrümün sonuna bir şey qalmayıb. Əvvəllər işim-gücüm vardı, indi isə dilənçi kimi ondan-bundan borc ala-ala yaşayıram. Pensiyamı alıb borclarıma verirəm. Sonra yenə borc almağa məcbur oluram...hamımız ölüm arzusu ilə yaşayırıq ”.
Bir qədər aralıda 70 yaşlı Qeqetik Yenokanın “domik”i yerləşir.O burada 3 nəvəsi ilə yaşayır.
“Oğlum Qarabağda öldü. Gəlinim də çıxıb gedəndən sonra bu uşaqlar üstümdə qaldı. Oğlum deyərdi ki, ana Qarabağı alaq, gör sənə necə imarət tikəcəm orda... Nə oldu?! Dava olmasaydı indi hər şey yaxşı idı”.
Qeyd edək bu bölgədə yüzlərlə gecəqondu var. 4 min erməni hələ də xarabalıqlarda yaşamağa məcburdur. Onların əksəriyyəti dözülməz şəraitdə yaşayırlar. Qalanları isə canlarını götürüb Rusiyaya və digər xarici ölkələrə qaçıblar.
Səbinə Həsənova