Ukrayna meydanında ilk qurban

Ukrayna meydanında ilk qurban
  06 Dekabr 2013    Oxunub:1076
Avropa meydanındakı toqquşmalarda bir nəfər dünyasını dəyişib
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Kiyevin mərkəzindəki “Qlobus” ticarət mərkəzi qarşısında 1 nəfər yaşlı kişi həlak olub. Kimliyi hələlik məlum olmayan etirazçının kəllə-beyin travmalası nəticəsində öldüyü bildirilir. Hadisə yerində qan izləri aşkar olunub.

Xatırladaq ki, ötən gün Regionlar Partiyasından parlament üzvü Vladimir Oleynik müxalifətin ölümlə nəticələnəcək təxribata əl atacağını bildirmişdi.

“Mən müxalifətə yaxın olan şəxslərdən məlumat almışam ki, yeni təxribat hazırlanır. Müxalifət liderləri etirazların səngiməyə başladığını görüb, meydanda ölüm hadisəsi törətmək istəyirlər.

Müxalifət liderlərindən olan və “Azadlıq” partiyasının sədri Oleq Tyaqnibok isə güc strukturlarının Avropa meydanındakı etirazlarda iştirak edən bir neçə nəfərin ölümündə əli ola biləcəyini bildirib. O, deputat Oleynikin informasiyasının əslində bu ehtimalları təsdiqlədiyin bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti