“Hizbullah” lideri Türkiyəni tənqid etdi

“Hizbullah” lideri Türkiyəni tənqid etdi
  06 Dekabr 2013    Oxunub:1101
Həsən Nəsrullah: “Türkiyə artıq Yaxın Şərqdə heç bir rol oynamır”
AzVision.az ərəb KİV-lərinə istinadən xəbər verir ki, “Hizbullah” təşkilatının rəhbəri Həsən Nəsrullah Türkiyənin qonşuları ilə, xüsusilə də Suriya ilə münasibətlərdə böyük səhvlərə yol verdiyin bildirib.
“Türkiyənin İranla böyük problemləri var. Suriya layihəsi də uğursuzluqla nəticələndi. Türkiyə Misirdə hansı rol oynayır?! Xarici siyasətdə çoxlu səhvlərə yol veriblər” – deyə təşkilat rəhbəri əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti