Suriyada daha bir azərbaycanlı öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb
  06 Dekabr 2013    Oxunub:1448
Həmyerlimiz Hələb yaxınlığında həyatını itirib
AzVision.az “İraq və Levantanın İslam dövləti” qruplaşmasının sosial şəbəkələrdə yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Rüstəm Əsgərov Hələb yaxınlığında hökumət qüvvələri ilə toqquşma zamanı həlak olub. “İraq və Levantanın İslam dövləti” qruplaşmasının azərbaycanlılardan ibarət döyüşçülər qrupunda ideoloji rəhbər olan Əsgərovla bərabər onlarla suriyalı mücahid də ölüb.

Qeyd edək ki, Suriyada müxtəlifət qoşunun tərkibində müxtəlif millətlərdən muzdla döyüşənlər var.

Vüqar İsmayılov
AzVision.az


Teqlər:  





Xəbər lenti