Rusiya 100 min miqranta yer ayırdı

Rusiya 100 min miqranta yer ayırdı
  06 Dekabr 2013    Oxunub:1105
Moskva və Sankt-Peterburq şəhərlərində qaydaları pozan miqrant 7 min rubl cərimə ediləcək və ölkədən deportasiya olunacaq
Rusiya Federasiyası 2014-cü ildə xarici miqrantların müvəqqəti yaşaması üçün 95880 nəfərlik kvota ayırıb. AzVision.az-ın Rusiya Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir.

Ən çox kvota Moskva vilayəti üçün nəzərdə tutulub: 7 min nəfər. Ən az kvota isə Kalmıkiya və Neneç Müstəqil dairəsi ( hər biri üçün 50 nəfər) üçün ayrılıb. Moskva (2 min nəfər) və Sankt-Peterburq (1.5 min nəfər) şəhərləri üçün ayrılan kvota isə dəyişməyib. Xatırladaq ki, ötən il Rusiya ərazisində 105 min xarici miqrant müvəqqəti yaşamaq üçün qeydiyyatdan keçmişdi.

Miqrantlar üçün Rusiya qanunlarını pozmaq da onlara asan başa gəlməyəcək. Belə ki, Moskva, Sankt-Peterburq şəhərlərində, Moskva və Leninqrad vilayətlərində qaydaları pozanlar 7 min rubl cərimə ediləcək və ölkədən deportasiya olunacaq. Rusiyanın digər bölgələri üçün isə bu rəqəm 5 min rubl nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti