Əfsanəvi lider vəfat etdi - FOTOLAR

Əfsanəvi lider vəfat etdi - FOTOLAR
  06 Dekabr 2013    Oxunub:1253
Cənubi Afrika Respublikasının keçmiş prezidenti, əfsanəvi lider Nelson Mandella dünyasını dəyişib.

AzVision.az-ın məlumatına görə, Mandella uzun sürən xəstəlikdən sonar ötən gün 95 yaşında ölüb.

Qeyd edək ki, Qeyd edək ki, Nelson Holilala Mandela 1918-ci il iyulun 18-də CAR-ın Umtatı əyalətində anadan olub. Onun ailəsi kosa dilində danışan Tembu qəbiləsindəndir. Atası Henri Mandela bu qəbilənin başçısı olub.

Mandela orta məktəb təhsilindən sonra Fort Hare Universitetinə qəbul olmuş, burada siyasi cərəyanlara qoşulmuşdur. Forta‑Herdə kollecdə oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.
1943-cü ildə Vitvatersrand Universitetinə daxil olan Mandela 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. O, bakalavr dərəcəsini yalnız 1989-cu ildə – həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub.

1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950‑ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.

1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.

1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.

1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə – 1999-cu ildə siyasətdən çəkilib.

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994-1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatıb. 1993-cü il Nobel Sülh Mükafatı laureatına layiq görülüb.

Mandela üç dəfə ailə həyatı qurub. Sonuncu dəfə 1998-ci ildə evlənən Mandelanın 8 övladı, çoxlu nəvə və nəticəsi var.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti