Türkiyə mətbuatı xəbər verir ki, hadisә nәticәsindә ən azı 10 nәfәr (bəzi məlumatlara görə 15) hәyatını itirib 100-dәn çox insan da yaralanıb.(TRT)
Bomba ilә tәchiz edilən bir avtomobillə Kəşfiyyat mәrkәzinin divarını dağıdaraq binaya daxil olan təcavüzkarlar təhlükəsizlik işçilərinә hücum ediblәr. Bir neçә saat davam edәn qarşıdurmadan sonra mәrkәzdәn ayrılan silahlı qrup bu dәfә dә yaxında yerlәşәn bir ticarәt mәrkәzinә daxil olaraq içəridəkilərin girov götürüblәr.
Kərkük valisi bildirib ki, silahlı qrup, saxlanan yoldaşlarını xilas etmәk vә gizli sənədləri ələ keçirmək üçün kәşfiyyat idarәsini, hədəf alıblar.
AzVision.az xəbər verir ki, Kərkükdəki mənbələrdən həyəcanlı xəbərlər daxil olmaqdadır. Onlar bildirilər ki, proseslər hələ də dayanmayıb. Qeyd edək ki, əksəriyyəti etnik kökəncə Azərbaycan türkləri olan kərküklülər İraqın neftlə ən zəngin bölgəsində daim xain və terrorçu basqınların hədəfində olur.