ABŞ Milli Təhlükəsizlik Agentliyi dünya üzrə gündəlik beş milyard mobil telefon zəngı haqqında məlumatlar alır. Bu, onlara qlobal şəkildə mobil telefon sahiblərinin yerini və əlaqələri izlemek imkanı verir. AzVision.az xəbər verir ki, bu haqda "Vaşinqton Post" qəzeti ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden tərəfindən mediaya təhvil verilən sənədlərə istinad yazıb. "Vaşinqton Post " qeyd edir ki, mobil telefon izleme proqramı nə miqyasına görə nə də şəxsi həyata müdaxilə sədləri tanımır.