`Azərbaycan və Ermənistan prezidentlərinə dəstək olmalıyıq`
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, ATƏT Xarici İşlər Nazirlərinin Kiyevdə keçirilən toplantısında Amerika Dövlət Departamenti katibinin Avropa və Avrasiya Məsələləri üzrə müavini Viktoriya Nuland Dağlıq Qarabağ münaqişəsinə toxunub.
“Biz Gürcüstan, Moldova və Dağlıq Qarabağ kimi münaqişələrin həlli üçün səylərimiz artırmalıyıq. Bu ölkələrimn xalqları uzun müddətdi ki, sülh gözləyirlər. Biz Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bərpa olunmuş danışıqlarına sülhün əldə olunması ümidi ilə dəstək olmalıyıq”- deyə Dövlət katibinin müavini deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə noyabrın 19-da Vyanada 2 ildən sonra ilk dəfə görüş keçiriblər.
Vüqar İsmayılov