ABŞ və İsraildən İrana sərt xəbərdarlıq

ABŞ və İsraildən İrana sərt xəbərdarlıq
  05 Dekabr 2013    Oxunub:1068
“İsrailin Təhlükəsizliyi İranla danışıqlarda başlıca bənddir”.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ Dövlət katibi Con Kerri İsrailə səfəri zamanı deyib. İranın Nüvə proqramı ilə bağlı danışıqlarda İsrailin təhlükəsizliyinin ən önəmli faktor olduğunu bildirən Kerri İran İslam Respublikasına qarşı tətbiq edilən əsas sanksiyaların da qüvvədə saxlanılacağını əlavə edib.

“Neft və bank sektoruna təsir edəcək sanksiyaların fundamenti saxlanılıb. Biz heç nəyi dəyişməmişik. Amerika Maliyyə nazirliyi və digər orqanlar vasitəsilə biz bu sanksiyaları bərpa edə bilərik”.

Qeyd edək ki, İranın Nüvə proqramına dair Cenevrə razılaşmasından sonra Qüdsə ilk dəfə səfər edən Kerri İsrail tərəfinin tələbləri ilə üzləşib. Yəhudi dövləti İranın Nüvə proqramından tam şəkildə imtina etməyənə qədər heç bir sanksiyanın ləğv olunmamalı olduğunu bildirmişdi. Sanksiyaların zəiflədilməsini nəzərdə tutan Cenevrə razılaşmasını İsrail baş naziri Benyamin Netanyahu “tarixi səhv” adlandırmışdı.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti