Mingəçevirdə maşın oğurlayan 61 yaşlı kişi tutuldu - FOTO
Mingəçevir şəhər sakini Saleh Rəhimov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq, şadlıq saraylarından birinin qarşısında saxladığı ona məxsus “VAZ-2106” markalı avtomobilin naməlum şəxs və yaxud da şəxslər tərəfindən qaçırıldığını bildirib.
Müraciət aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə yönləndirilib və polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
“İsti izlər”lə keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin avtomobili qaçıran şəxsin şəhər sakini, 61 yaşlı Damət Həsənov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Azvision.az
Teqlər: DİN Oğurluq Mingəçevir Maşın