Snouden ABŞ-ın daha bir sirrini açdı

Snouden ABŞ-ın daha bir sirrini açdı
  05 Dekabr 2013    Oxunub:1255
ABŞ hər gün dünya üzrə 5 milyard mobil telefon sahibini izləyir
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, hazırda Rusiyada siyasi sığınacaq tapan Edvard Snouden növbəti ifşaedici materialları mətbuata ötürüb. Sənədlərdən aydın olur ki, Agentlik gün ərzində 5 milyard mobil telefon sahibinin yerləşdiyi yeri və hərəkət marşrutlarını izləyir.

Snoudenin sözlərinə görə mobil telefonları izləmək üçün xüsusi olaraq hazırlanan CO-TRAVELER proqramı kütləvi izləmə üçün yeni imkanlar yaradır. Proqramın köməyi ilə Yer kürəsinin istənilən nöqtəsindəki mobil telefon siqnalını müəyyən etmək mümkün olur və onun sahibini izləmək çətinlik törətmir. CO-TRAVELLER imkanlarına görə Amerika Xüsusi Xidmət orqanlarının digər bütün proqramlarından üstün hesab olunur.

Xatırldaq ki, Edvard Snoudenin məxfi sənədləri mətbuata sızdırması böyük qalmaqallara səbəb olmuşdu. Amerika MilliTəhlükəsizlik Agentliyinin 35 dövlət başçısı, o cümlədən Almaniya kansleri Angela Merkel, Meksika prezidenti Enrike Pyeto və Braziliya dövlət başçısı Dilma Rusefi izləməsi ilə bağlı sənədlərin üzə çıxması ABŞ-ın beynəlxalq imicinə ciddi zərər vurmuşdu. Bundan əlavə İran, Rusiya və Çində həyata keçirilən casusluq fəaliyyəti barədə konfidensial məlumatların yayılması və xarici ölkə vətəndaşlarının izlənilməsi Amerikan xüsusi xidmət orqanlarının fəaliyyətində dəyişikliklərə səbəb olmuşdu. Məsələ ilə bağlı çıxış edən Barak Obama ölkəsinin yalnız “xüsusi maraq” doğuran insanları izlədiyini etiraf etmiş, bunu terrorizm və kibercinayətkarlıqla mübarizə aparmaq üçün bunu etdiklərini iddia etmişdi.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti