Marqvelaşvili öz maaşını iki dəfə artırdı

Marqvelaşvili öz maaşını iki dəfə artırdı
  05 Dekabr 2013    Oxunub:1428
Georgi Marqelaşvili ayda 5 min dollar maaş alacaq
AzVision.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstan prezidenti Georgi Marqelaşvili aldığı əmək haqqını 2 dərə artırıb. Ayda 4 min 500 lari olan prezident maaşı artım sayəsində 9 min lari yaxud 5 min dollar olacaq. Ölkənin Maliyyə naziri Nodar Haduri məsələyə münasibət bildirərkən Marqelaşvilinin Mixail Saakaşvilidən fərqli olaraq maliyyə mənbəyi olaraq yalnız əmək haqqı hesabına yaşayacağını bildirib.

“Bütövlükdə, prezident administrasiyasında böyük dəyişikliklər, o cümlədən, işçilərin ixtisarı gözlənilir. Ona görə də digər işçilərin əmək haqlarının artırılması üçün maliyyə vəsaiti kifayət edəcək” - -deyə Haduri bildirib.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti