Gürcüstan Rusiyaya şərt qoydu

Gürcüstan Rusiyaya şərt qoydu
  05 Dekabr 2013    Oxunub:1197
Rəsmi Moskva qəbul edərsə Gürcüstan diplomatik əlaqələri bərpa edəcək.
Gürcüstanın Xarici İşlər Naziri Mayya Pancikidze ölkəsinin Rusiyaya təklif etdiyi şərtləri bəyan edib.
“Gürcüstan üçün Rusiya ilə münasibətləri bərpa etmək arzuolunandır. Bunun üçün iki şərtimiz var . Birincisi Gürcüstan torpaqlarından rus qoşunlarının çıxarılmalıdır. İkincisi isə Abxaziya, Cənubi Osetiyanın müstəqilliyinin tanınması barədə qərar ləğv olunmalıdır”.

Bu barədə AzVison.az gürcü mətbuatına istinadən xəbər verir. Şərtlər icra olunarsa, ölkəsinin “məmnuniyyətlə əlaqələri bərpa edəcəyini bildirən Pancikidze Rusiyanın Gürcüstan-NATO münasibətlərinə də müdaxilə etməməli olduğunu diqqətə çatdırıb.

“Yalnız NATO və onun tərəfdaşları münasibətlərinin hansı statusda olacağını müəyyənləşdirə bilər. Üçüncü ölkələr buna müdaxilə edə bilməz. Bu Rusiyanın mövqeyinə cavabımızdır”-deyə xanım nazir fikrini yekunlaşdırıb.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:





Xəbər lenti