Hollivudda kinomükafatlar mövsümü başlayıb

Hollivudda kinomükafatlar mövsümü başlayıb
  04 Dekabr 2013    Oxunub:1428
Nyu-York kinotənqidçiləri öz favoritlərini seçib
AzVision.az Amerika mətbuatına istinadən xəbər verir ki, dünən Nyu-York Kinotənqidçiləri Gildiyası 2013-cü ilin ən yaxşı filmlərini müəyyən ediblər.
Devid O.Rasellin “Amerikasayağı fırıldaq” filmi ilin ən yaxşısı seçilib. Oskar laureatları Kristian Beyl və Çennifer Lourensin yer aldıqları kinoəsər ümumilikdə 3 nominasiyada qalib gəlib. Nyu-York Kino Gildiyası aşağıdakı nominasiyalarda qalibləri elan edib.

Ən yaxşı film: “Amerikasayağı fırıldaq”
Ən yaxşı aktyor: Robert Redford “Arzular sönməyəcək”
Ən yaxşı aktrisa: Keyt Blanşett “Jasmin”
Ən yaxşı rejissor: Stiv MakKuin “12 ilin köləliyi”
Ən yaxşı ssenari: “Amerikasayağı fırıldaq”
Ən yaxşı operator işi: Brüno Delbonel “Lyuin Devisin daxilində”
Ən yaxşı ikinci dərəcəli aktrisa: Cennifer Lourens “Amerikasayağı fırıldaq”
Ən yaxşı ikinci dərəcəli aktyor: Cared Leto “Dallas alıcılar klubu”
Ən yaxşı xarici dildə film: “Adelin həyatı”
Ən yaxşı debüt film: “Frutveyl stansiyası”, rejissor Rayan Kuqler
Ən yaxşı sənədli film: “Bizim danışdığımız əhvalat” ,rejissor Sara Polli
Ən yaxşı animasiya filmi: “Külək güclənir”

Xatırladaq ki, 1935-ci ildə qəzetlərdə resenziyalar yazan kino tənqidçilər Nyu-York Kinotənqidçilər Gildiyasını təsis edib. Hər ilin sonunda toplaşan tənqidçilər kino mövsümünün yaxşılarını seçirlər. Kinotənqidçilərin mövqeləri Oskar kino akademiyasının mövqeyi ilə əksər hallarda üst-üstə düşür. 2011-ci ildə hər iki kinotəşkilat “Artist” filmini qalib elan etmişdisə də, 2012-ci ildə mövqelər haçalandı. Nyu-York kinotənqidçiləri “Hədəf nömrə bir” filmi qalib elan etsə də, “Oskar” mərasimində “Arqo əməliyyatı”na üstünlük verdi.
Amerika kinoakademiyası “Oskar” nominantlarını 2014-cü il yanvarın 16-da elan edəcək. “Oskar” kinomükafatının əsas mərasimi isə 2014-cü il martın 2-də Los-Anceles şəhərində keçiriləcək.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti