Prezidentin qardaşı deputatın dişlərini sındırdı - VIDEO

Prezidentin qardaşı deputatın dişlərini sındırdı - VIDEO
  04 Dekabr 2013    Oxunub:1630
Deputatlar Adəm Delimxanov və Aleksey Juravlyev Dumada əlbəyaxa olublar.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, iqtidardakı “Vahid Rusiya” partiyasının iki nümayəndəsi Rusiya Dövlət Dumasının 15-ci mərtəbəsindəki liftin qarşısında dava ediblər. Nəticədə xəsarət alan Aleksey Juravlyeva tibbi yardım göstərilib.

Hadisənin təfərrüatlarına gəlincə, Aleksey Juravlev Çeçenistanın Qudermes rayonunun Dadi-Yurt kəndində XIX əsrdə Qafqaz müharibəsi amanı rus ordusuna qarşı mübarizədə həyatını itirmiş Çeçen qadınlarının şərəfinə ucaldılan abidənin açılışına etiraz edib.

Bu Çeçenistandan Dumaya deputat seçilən Adəm Delimxanovun etirazına səbəb olub. Onun köməkçisi Juravlyova zəng edərək bildirib ki, Delimxanov, Serqey Narışkinin ( Dumanın spikeri) göstərişinə əsasən onunla görüşməlidir və Delimxanov onu 15-ci mərtəbədə liftin qarşısında gözləyəcək.

Daha sonra liftin qarşısında görüşən tərəflər bir qədər mübahisə etdikdən sonra əlbəyaxa olublar. Hisslərini cilovlaya bilməyən Delimxanov Juravlyova yumruq zərbələri endirib. Nəticədə çeçen deputat həmkarının dişlərini sındırıb. Yaxınlıqdakı insanların köməyi ilə onları aralamaq mümkün olub. Bəzi məlumatlara görə, Delimxanov Juravlyovu odlu silahla da hədələyərək “lazım olmayan yerlərə burnunu soxma deyib”.

Qeyd edək ki, Delimxanov Çeçenistan prezidenti Ramzan Kadırovun doğma əmisi oğludur. Çeçen deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Bu arada deputatların davası Dövlət Dumasında müzakirə ediləcək. Məsələnin araşdırılması Parlamentdə Deputat Etikası Məsələsri üzrə Komissiyaya həvalə edilib.

Dövlət Dumasının spikeri Sergey Narışkin isə hər iki deputatın bu adı daşımağa layiq olmadığını bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti