Girovun oğlu: “Atam ölsə də, heç vaxt dediyi sözdən dönməz” - VİDEOMÜSAHİBƏ

Girovun oğlu:  “Atam ölsə də, heç vaxt dediyi sözdən dönməz” -  VİDEOMÜSAHİBƏ
  09 Avqust 2019    Oxunub:13536
"İnanıram ki, Ramil Səfərovu ömürlükdən azad edən prezident Dilqəm Əsgərovu da girovluqdan xilas edəcək. Buna əminəm"
Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən işğalçı Ermənistan əsgərləri tərəfindən girov götürülməsindən 5 ildən artıq vaxt keçir. İndiyədək göstərilən səylərə, beynəlxalq qurumların çağırışlarına məhəl qoymayan Ermənistan Kəlbəcər girovlarını azad etməkdən boyun qaçırır.

Bildirək ki, qondarma “məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Məlum hadisə zamanı Həsən Həsənov isə düşmən tərəfindən qətlə yetirilib.

Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Azvision.az -a müsahibə verərək, atası ilə bağlı xatirələrindən söhbət açıb, girov götürülmədən sonrakı proseslərdən danışıb. Atası ilə fəxr etdiyini deyən K.Əsgərov tezliklə onu azad görəcəyinə inandığını bildirib.



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az



Teqlər: Girov   Kürdoğlu   Dilqəm-Əsgərov  





Xəbər lenti