Fazil Mustafa Əhmədinejadın halına acıdı

Fazil Mustafa Əhmədinejadın halına acıdı
  12 Mart 2013    Oxunub:1194
Millət vəkili Fazil Mustafa Mahmud Əhmədinejadın halına acıyıb.
Bu sözləri deputat AzVision.az-a açıqlamasında deyib.

O, bildirib ki, “Bəlkə də ilk dəfədir ki, İran Prezidenti Əhmədinejadın halına acıdım. Venesuela Prezidentinin 76 yaşlı anasına oğlunun ölümündən dolayı təsəlli verərkən əllərini sıxıb qucaqladığı halda şəkli İranda böyük bir qalmaqala səbəb olub. İslam kimi insanı şərəfləndirən bir dini görün bir nə hala salıblar. İslam deyir ki, "əməllər niyyətə görə qiymətləndirilir", bunlar deyirlər ki, "əməllər şəkilə görə qiymətləndirilir". İndi bir xristianın, bir yəhudinin, bir ateistin bu dinə qarşı allergiyası nədən yaranmasın? Adamın niyyəti kədərli bir insana təsəlli verməkdir, bunu başqa cür yozmağın adı nədir? Yolda bir qadın qəzaya uğrayıb, ölümcül vəziyyətdədir, bir İslam mənsubu onu əlləri ilə götürüb xəstəxanaya çatdırmasın ki, naməhrəmə toxunmaq olmaz? Aşırı, radikal dinçiliyin sonu mütləq dinsizliyə gətirib çıxarır. Xöşgörü, mərhəmət, ədalət dinini nifrət, qəzəb, qisas dininə çevirənlərdən Allah məmləkətimizi qorusun!”

Qeyd edək ki, martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində iştirak edən İran prezidenti Mahmud Əhmədinejadın mərhumun anası Elena Frias ilə səmimi görüşü ölkə daxilində ciddi müzakirələrə səbəb olub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti