Putinin ermənilərə daha bir güzəşti

Putinin ermənilərə daha bir güzəşti
  03 Dekabr 2013    Oxunub:1181
Ermənistanda əhaliyə verilən qaz ucuzlaşacaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın tətbiq edəcəyi güzəştlər hesabına Ermənistanda mavi yanacağın qiyməti enəcək. Bu barədə Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan, qaz sisteminə nəzarət edən “ArmRosqazprom” şirkətinin Rusiyanın “Qazprom” şirkətinə səhm satması məsələsini şərh edərkən bildirib.

Qeyd edək ki, ”ArmRosqazprom”dövlətə məxsus səhmlərin 20%- ni “Qazprom”a satmağa qərar verib. Bu isə qazın Ermənistan üçün qiymətini azaldacaq.

“Zənnimcə , qazın sahibkarlıq subyektlərinə və sıravi istehlakçılara satış qiymətinin azaldılması məntiqli olacaq. Bu, təbii ki, bizim üçün siyasi baxımdan da sərfəlidir. İstehlakçılarımız qazı Rusiya vətəndaşları ilə eyni qiymətlərlə alacaq”- deyə Saakayan bildirib.

Xatırladaq ki, ötən il i “Qazprom” Ermənistana satdığı qazın min kubmetrə görə qiymətini 270 dollara qədər artırdı. Beləliklə 2012-ci il iyulun 7-də Ermənistanda qazın qiyməti 18,2% bahalaşdı. Bu hadisə ölkədə kütləvi etirazlarla qarşılanmışdı.
Ötən gün isə Rusiya prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı Ermənistana qazın bundan sonra əvvəlki kimi 270 dollar deyil, 189 dollara satılacağını bəyan etdi. Hətta müqayisə üçün Rusiyanın Avropa ölkələrinə qazı 500 dollara satdığını xatırlatdı.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti