Bakıda akademiya tələbəsinin qanını tökdülər

Bakıda akademiya tələbəsinin qanını tökdülər
  12 Mart 2013    Oxunub:1242
Bıçaqlanan tələbə Bədən Tərbiyəsi və idman Akademiyasının 1-ci kurs tələbəsidir.
Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, Nəsimi küçəsi 30 saylı binanın həyətindən Cəlilabad rayon sakini 1991-ci il təvəllüdlü Seyfiyev Elşən Şəkir oğlu bıçaqlanmış vəziyyətdə aşkarlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Məlumata görə, bıçaqlanan E.Seyfiyev Bədən Tərbiyəsi və idman Akademiyasının 1-ci kurs tələbəsidir. O Bakıda kirayə yaşayır.(lent.az)

Hadisənin kim və ya kimlər tərəfindən, hansı səbədən törədildiyi hələlik məlum deyil. faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.


Teqlər:





Xəbər lenti