Gürcüstanda azərbaycanlı narkotacir saxlanıldı - VİDEO

  04 Avqust 2019    Oxunub : 1853
Gürcüstanda azərbaycanlı narkotacir saxlanıldı - VİDEO
Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 28 yaşlı azərbaycanlı Rustaveli şəhərində ələ keçirilib.
Onun yaşadığı mənzilə baxış keçirilərkən külli miqdarda narkotik vasitəsi aşkarlanıb.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək həbs cəzası gözləyir.



Azvision.az

Teqlər: Gürcüstan   Narkotik