Putinlə Sarkisyan telekonfransda

Putinlə Sarkisyan telekonfransda
  02 Dekabr 2013    Oxunub:1158
Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokunun təntənəli açılış mərasimində iştirak ediblər.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan telekonfrans vasitəsilə “Qazprom” şirkətinin prezidenti Aleksey Millerlə əlaqə saxlayıblar. Miller 480 meqavatt gücündə olan enerji blokununun “Qazprom” şirkətinin investisiyaları hesabına təmir olunduğunu bildirib. Stansiyanın direktoru Karen Sarqsyan isə blokun işə salındığını və artıq elektrik enerjisinin Ermənistan enerji sisteminə daxil olduğunu bildirib.

“Qazprom” şirkətinin rəhbəri Aleksey Miller Razdan İstilik Elektrik Stansiyasına ayrılan vəsaitin həcmi ilə bağlı Putinin sualına cavablandırarkən layihəyə 300 milyon dollardan artıq vəsait ayrıldığını bildirib. Sonra Putin və Sarkisyan stansiyanın işçilərinə uğurlar arzulayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti