İranlı dənizçiləri xilas edən gəminin komandiri - VİDEO

İranlı dənizçiləri xilas edən gəminin komandiri -   VİDEO
  27 İyul 2019    Oxunub:6829
"Gözətçi gəmisi dövlət sərhədinin mühafizəsində olarkən baş komandanın nəzarət mərkəzi tərəfindən gəmiyə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin batma təhlükəsi barədə sos siqnalı daxil olub"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər dənizində batan İran gəmisinin 9 nəfərlik ekipajını tam heyətlə xilas edən Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisinin komandiri Nəhmət Quliyev deyib.



Onun sözlərinə görə, məlumat daxil olduqdan sonra dərhal hərəkət edilərək batma təhlükəsində olan gəminin 9 nəfərdən ibarət şəxsi heyəti tam şəkildə xilas edilib: "Fırtınalı hava şəraitinin olmasına baxmaraq, ekipaj üzvlərini xilas etdiyim üçün özümü xoşbəxt hiss edirəm".

N. Quliyev əlavə edib ki, qəzanın ilkin səbəbi gəmidə ağır yükün varlığı və fırtınalı hava şəraitinin olmasıdır:



Qeyd edək ki, bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə gön­də­ril­ib.



Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb. Gəminin xilas edilən şəxsi heyəti bu gün axşam saatlarında Bakıya gətirilib.

Azvision.az


Teqlər: DSX   Gəmi   Komandir  





Xəbər lenti