Baş nazir istefa vermək istəmir

Baş nazir istefa vermək istəmir
  02 Dekabr 2013    Oxunub:1209
Baş nazir Yinqlak Çinavat bildirib ki, onu Tailand xalqı seçkilərdə qalib edib və onun hökuməti konstitusiyalıdır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Tailandın baş naziri Yinqlak Çinavat istefa verməyəcəyini və parlamenti buarxmayacağını bəyan edib.

“Mənim hökumətim konstitusiyalı olduğuna görə, nə istefa verəcəyəm, nə də ki, parlamenti buraxacağam. Biz xalqın maraqlarını təmsil etməyən ayrı-ayrı qrupların tələblərinə tabe ola bilmərik”- deyə Çinavat xalqa tele-müraciətində bildirib.

Noyabrın 25-də Tailand Maliyyə Nazirliyinin binasını ələ keçirən müxalifət Banqkokda “Milliyonların marşı” adı aksiyalarını davam etdirir. Sayları 300 mini ötən etirazçılar, 2011-ci ildə ölkənin baş naziri seçilən Yinqlak Çinavatın istefasını tələb edir. Müxalifət, Yinqlak Çinavatı 2006-cı ildə dövlət çevrilişi nəticəsində devrilən doğma qardaşı, eks-baş nazir Taksin Çinavatın göstərişlərini icra etməkdə ittiham edir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti