Britaniyada nazir müavini istefa verib

Britaniyada nazir müavini istefa verib
  22 İyul 2019    Oxunub:1792
Böyük Britaniyanın xarici işlər nazirinin müavini Alan Dunkan baş nazir dəyişikliyi ilə bağlı istefa ərizəsi yazıb.
Azvision.az xəbər verir ki, o bu barədə "Twitter" hesabında bildirib.

"Bu səhər xarici işlər nazirinin müavini vəzifəmdən azad olundum",- Dunkan qeyd edib.

Onun sözlərinə görə, işlədiyi müdətdə nazirlikdə beynəlxalq sahədə vacib işlər görülüb. Dunkan həmçinin Meyin baş nazir postunda səylərini müsbət dəyərləndirib, lakin vurğulayıb ki, Britaniya "dünyada dominant intellektual və siyasi güc" ola bilərdi, lakin hökumətin bütün gücləri Brexit işinə sərf olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Britaniya   Nazirmüavini  





Xəbər lenti