İsveçrədə dünyanın ən uzun tuneli tikilir

İsveçrədə dünyanın ən uzun tuneli tikilir
  02 Dekabr 2013    Oxunub:1156
AzVision.az xəbər verir ki, İsveçrədə Alp dağlarının altından keçən Qotard tunelində dəmiryol relslərinin qurulması prosesi başa çatıb.

Sen–Qoptard ərazisində tikilən 57 kilometrlik tunel dünyanın ən uzun tunelidir.

Əfsanəvi Alp dağlarının altından çəklən tunelin tikintisinə 1993-cü ildən başlanılıb. İnşaat işlərində 2500-dək fəhlə və mühəndis iştirak edib.

Layihənin özünə isə təqribən 7,4 milyard avro xərclənmişdir. İndiyədək tunelin əsas işləri başa çatmışdır. Onun qaydaya salınması, təmiri, burada zəruri avadanlığın quraşdırılması və kommunikasiyaların çəkilməsinə daha 2 il vaxt tələb olunur.

Tunelin buraxılış qabiliyyəti gündə 200-250 qatardır.


Teqlər:





Xəbər lenti