Cəlilabadda gənc polislərlə görüş keçirilib

  20 İyul 2019    Oxunub : 931
Cəlilabadda gənc polislərlə görüş keçirilib
Cəlilabad Rayon Polis Şöbəsində xidmətə yeni qəbul olunmuş əməkdaşlarla görüş keçirilib. Görüşdə gənc polislərin valideynləri də iştirak edib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev yeni xidmətə başlayan əməkdaşlara gələcək fəaliyyətlərində, çətin lakin şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyaraq, sabitliyin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb və bu gün də polis vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi vəzifə borcunu şərəflə yerinə yetirir.

Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının xidmətləri çox mühümdür. Şöbə rəisi həmçinin ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə qeyd edib, daxili işlər orqanlarının maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırıldığını, fəaliyyətin günün tələbləri səviyyəsində təşkilinin təmin edildiyini vurğulayıb.

Gənc əməkdaşlar da öz növbəsində xidmət göstərəcəkləri dövrdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə istiqamətində səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildiriblər.

Azvision.az

Teqlər: DİN   Görüş